Bank Of Baku

Səfir: “Nabucco” layihəsinə dair sazişin imzalanmasında bir sıra Avropa ölkələrinin yüksək vəzifəli hökumət rəsmiləri iştirak edəcəklər”

Səfir: “Nabucco” layihəsinə dair sazişin imzalanmasında bir sıra Avropa ölkələrinin yüksək vəzifəli hökumət rəsmiləri iştirak edəcəklər”
# 04 iyul 2009 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. İyulun 13-də Ankarada «Nabucco» layihəsinin həyata keçirilməsinə dair hökumətlərarası sazişin imzalanmasında bir sıra Avropa ölkələrinin yüksək vəzifəli hökumət rəsmiləri iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç məlumat verib. Səfirin sözlərinə görə, tədbirdə bəzi ölkələr baş nazir, bəziləri prezident, bəziləri isə nazirlər səviyyəsində təmsil olunacaqlar.

Xatırladaq ki, Türkiyə mətbuatı bu gün hökumətlərarası sazişin Türkiyə, Macarıstan, Rumıniya, Bolqarıstan və Avstriya tərəfindən imzalanacağını yazıb.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı olan Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR