Bank Of Baku

Ayın əvvəlindən Azərbaycanda təbii fəlakətlərlə əlaqədar elektrik hava xətlərində 400-dən artıq qəza açılması baş verib

Ayın əvvəlindən Azərbaycanda təbii fəlakətlərlə əlaqədar elektrik hava xətlərində 400-dən artıq qəza açılması baş verib
# 06 iyul 2009 15:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda təbii fəlakətlərlə əlaqədar iyun ayında 10 kV-luq hava xətlərində ümumilikdə 411 qəza açılması baş verib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qəza hallarının hamısı şəbəkə rayonlarının daxili imkanları hesabına qısa müddətdə aradan qaldırılıb.

«Azərenerji»dən həmçinin bildirilib ki, 10-6-0,4 kV-luq paylayıcı şəbəkələr yüksək gərginlikli elektrik şəbəkələrinin balansına verildikdən sonra həmin şəbəkələrdə bir sıra zəruri tədbirlər həyata keçirilib. Bunun nəticəsində texniki səbəblərdən qəza açılmaları hallarının sayında azalma baş verib. Ötən ilin müvafiq ayı ilə müqayisədə bu ilin iyun ayında qəza açılmaları 15% azalıb. Ümumilikdə, ötən ay ərzində 640 km uzunluğunda 16 kV-luq, 24 km-dən çox 0,4 kV-luq elektrik verilişi xətlərində, həmçinin 463 ədəd 6-10/0,4 kV-luq transformator məntəqələrində cari təmir işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR