Bank Of Baku

Azərbaycan iyunda elektrik enerjisi istehsalını 19% azaldıb

Azərbaycan iyunda elektrik enerjisi istehsalını 19% azaldıb
# 07 iyul 2009 08:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında Azərbaycanın enerji sistemində 1,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

May ayı ilə müqayisədə enerji istehsalı 18,7% azalıb.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,1 mlrd. kVt/saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 kVt/saatdan artıq elektrik enerjisi istehsalı düşüb.

Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində enerji sistemdə 10,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu həcmdən 9,1 mlrd. kVt/saata yaxın İES-lərin, 1 mlrd. kVt/saatdan artıq isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR