Bank Of Baku

Bu ilin sonunadək Azərbaycanda iri duz zavodu açılacaq

Bu ilin sonunadək Azərbaycanda iri duz zavodu açılacaq
# 07 iyul 2009 09:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu cari ilin sonunadək duz zavodunu istifadəyə vermək niyyətindədir. Bu barədə «APA-Economics»ə «Azersun Holding»in Bakıdakı baş ofisindən məlumat verilib.

Abşeronun Masazır qəsəbəsində (Bakı şəhəri yaxınlığında) inşa olunan zavodun əsas blokları artıq qurulub, əraziyə yol çəkilib və əsaslı tikinti işləri başa çatmaq üzrədir. Paralel olaraq istehsal avadanlıqlarının quraşdırılması həyata keçirilir.

Duz zavodunun illik istehsal gücü 60 min ton təşkil edəcək.

Qeyd edək ki, ümumiyyətlə zavodun tikintisinə kapital qoyuluşu 7 mln. avro təşkil edir. Zavodun tikintisində 25% paya Azərbaycan İnvestisiya Şirkəti malikdir. Tikintini Türkiyənin «Inova» şirkəti aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR