Bank Of Baku

Gürcüstan Ermənistanın qazını kəsib

Gürcüstan Ermənistanın qazını kəsib
# 08 iyul 2009 06:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Ermənistana qaz verilməsini dayandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Neft və Qaz Korporasiyası bunun erməni tərəfinin tələbinə əsasən qaz kəmərinin müəyyən məsafədə reabilitasiyası ilə əlaqədar olduğunu açıqlayıb.

Kəmərin bərpasında gürcü mütəxəssisləri ilə bərabər, erməni tərəfinin nümayəndələri də iştirak edəcəklər.

Ermənistana təbii qazın verilməsi iyulun 10-da bərpa ediləcək.

Qeyd edək ki, Gürcüstan Rusiyadan göndərilən təbii qazı tranzit yolu ilə Ermənistana ötürür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR