Bank Of Baku

«General Dinamics» neft sənayesi və hərbi təyinatlı avadanlıqların istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

«General Dinamics» neft sənayesi və hərbi təyinatlı avadanlıqların istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir
# 08 iyul 2009 08:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ABŞ-ın «General Dinamics» şirkəti Azərbaycanla əməkdaşlıq istiqamətlərini nəzərdən keçirir. Bu barədə «APA-Economics»ə «General Dinamics»in Virciniyadakı baş ofisindən məlumat verilib.

Şirkətdən bildirilib ki, hazırda neft sənayesi və bəzi hərbi təyinatlı avadanlıqların istehsalına dair Azərbaycandakı potensial tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunur.

«Bu ilin may ayında «General Dinamics»in nümayəndələri Bakıda olub. Müdafiə Sənayesi Nazirliyində və bir neçə dövlət qurumunda əməkdaşlıq məsələlərinə həsr edilmiş görüşlər keçirib. Hazırda əməkdaşlıq planlarımız yüksək səviyyədə nəzərdən keçirilir», - deyə şirkətdən vurğulanıb.

Qeyd edək ki, hazırda «General Dinamics»in avadanlıqları Azərbaycanın elektroenergetika, neft və qaz sənayesində tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR