Bank Of Baku

Nazim Əfəndiyev «Uralmaş»ın Direktorlar Şurasının sədri təyin olunub

Nazim Əfəndiyev «Uralmaş»ın Direktorlar Şurasının sədri təyin olunub
# 09 iyul 2009 09:07 (UTC +04:00)
Yekaterinburq – APA-Economics. Rusiyanın «Uralmaş» Maşınqayırma Korporasiyasının Direktorlar Şurası müəssisənin baş direktoru Nazim Əfəndiyevi istefaya göndərib. Onun yerinə isə «Uralkimyamaş» ASC-nin başçısı Oleq Dançenko təyin olunub.

«APA-Economics»in «Kommersant» qəzetinə istinadən verdiyi məlumata görə, N.Əfəndiyev «Uralmaş»ın Direktorlar Şurasına sədr təyin olunacaq və korporasiyanın strateji inkişafı ilə, O.Dançenko isə operativ idarəetmə ilə məşğul olacaq.

Qeyd edək ki, «Uralmaş» Rusiyanın aparıcı maşınqayırma müəssisələrindəndir və metallurgiya, dağ-mədən sənayesi, neft-qaz hasilatı və s. sahələr üçün avadanlıq istehsal edir. Korporasiyanın işçilərinin ümumi sayı 14 min nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR