Bank Of Baku

Azərbaycanın ən iri istilik elektrik stansiyalarının birində əsaslı və cari təmir işləri aparılacaq

Azərbaycanın ən iri istilik elektrik stansiyalarının birində əsaslı və cari təmir işləri aparılacaq
# 09 iyul 2009 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın ən böyük istilik elektrik stansiyalarından (İES) olan «Şirvan» İES-in 6-cı enerji blokunda əsaslı, 3-cü və 4-cü enerji bloklarında orta, digər enerji bloklarında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə turbinlərin və generatorların yağ soyuducularının təmizlənməsi, kondensatorların qrafik əsasında yuyulması, siqnalizasiya tablolarının layihəyə uyğun olaraq siqnal lampaları ilə təmin edilməsi, kondensatorların su ilə doldurulub kipliyinin yoxlanılması, turbinlərin yastıqlarında və kompressorlarda yağ sızmalarının qarşısının alınması, fırlanan mexanizmlərdə yağ itkilərinin aradan qaldırılması həyata keçiriləcək.

Həmçinin stansiyada tüstüsoranların və üfürücü ventilyatorların 6 KV-luq, elektrik mühərriklərinin 0,4 KV-luq güc kabellərinin və mühafizə dövrələrinin nəzarət kabellərinin dəyişdirilməsi, təmirə çıxarılmış qazanların və turbinlərin temperatur nöqtələrinin bərpa edilməsi də nəzərdə tutulur.

Təmir planı çərçivəsində stansiyada 330, 220 və 110 KV-luq açıq paylayıcı quruluşların və bəzi güc transformatorlarının kontakt birləşmələrində termogöstəricilərin qoşulması da planlaşdırılır.

Qeyd edək ki, «Şirvan» İES 1962-ci ildən istismar olunur. Hazırda Azərbaycanda istehsal olunan enerjinin təxminən 20%-i bu stansiyanın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR