Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi yeni avadanlıqların tətbiqi nəticəsində işlərin texniki səviyyəsini yüksəldib
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, İdarənin maddi-texniki baxımdan yeniləşdirilməsi mədən geofizikası, mühəndisi-geoloji işlər və kəşfiyyat geofizikası sahələrini əhatə edir. «Azneft» İB-nin sifarişi ilə «Kəşfiyyatgeofizika» İdarəsi tərəfindən «Lökbatan-Puta-Quşxana» sahəsində məhsuldar qat və onu döşəyən çöküntülərin tektonik quruluşunun dəqiqləşdirilməsi məqsədi ilə aparılan 2D seysmik kəşfiyyat işləri başa çatdırılıb. Mürəkkəb seysmogeoloji şəraiti ilə səciyyələnən tədqiqat sahəsində alınmış seysmik məlumatların keyfiyyəti qənaətbəxşdir, hazırda emal və interpretasiya işlərinə başlanılıb. «Bahar-2» sahəsində aparılacaq 3D seysmik kəşfiyyat işlərinə hazırlıq məqsədilə dənizdibi cihaz və avadanlıqların profilaktikası və yenidən komplektləşdirmə işləri sona çatdırılıb.
Sahədə seysmik kəşfiyyat işlərinin aparılması üçün nəzərdə tutulan «Bakı» və «Geofizik-1» gəmilərində təmir-bərpa işləri başa çatmaq üzrədir və yaxın günlərdə dəniz işlərinə başlanılacaq. ARDNŞ-ın neft-qazçıxarma və qazma idarələrinin, eləcə də Azərbaycanda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin sifarişlərinə əsasən, yeni qazılmış və istismarda olan quyularda mədən-geofiziki tədqiqat işləri, yataqların işlənməsinə geofiziki üsullarla nəzarət və quyularda perforasiya-atma işləri davam etdirilir. Bu işlərin aparılmasında Geofizika və Geologiya İdarəsi tərəfindən son illərdə yeni alınmış cihaz və avadınlıqlara üstünlük verilib ki, bu da yerinə yetirilən tədqiqatların keyfiyyətini artırmaqla yanaşı vaxta və vəsaitə qənaət etməyə imkan yaradır.
«Tucker» şirkətinin (ABŞ) istehsalı olan quyu cihazları «Bibiheybət» yatağında sınaqdan keçirilib və «Ümid» strukturunda qazması planlaşdırılan quyu platformasında yerləşdirilib. Quyuda qazma işlərinə başlanandan sonra müvafiq geofiziki işlər aparılacaq. Geofizika və Geologiya İdarəsinin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi iyun ayı ərzində Z.Vəliyev qazma gəmisi ilə Xəzər dənizinin Türkmənistan sektorundakı «LAM-B» sahəsində 252 metr və Jdanov (Cıqaıbəy) bankasında 30 metr mühəndisi-geoloji qazma işləri aparılıb. Hazırda Jdanov bankasında qeyd olunan işləri davam etdirmək üçün növbəti səfərə hazırlıq işləri görülür.
Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən Şimali Abşeron qalxımlar zonasında («Xəzri» və «Gilavar» sahələrində) və «Bulla-dəniz» sahəsində sonar planlama, batimetriya və fasiləsiz seysmoakustik profilləmə işləri davam etdirilib. Bu işlər «M.Süleymanov» və «Geofizik-2» gəmiləri vasitəsilə yerinə yetirilib. Qeyd olunan mühəndisi-geoloji işlərin aparılmasında məqsəd hidrotexniki qurğuların (dəniz stasionar platforması, üzən qazma qurğusu və s.) quraşdırılacağı sahədə dənizdibi relyefin və kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsindən, dərinlik qırılmalarının və palçıq vulkanlarının aşkar edilməsindən, sahənin mühəndis-geoloji şəraitinin qiymətləndirilməsindən, qaldırılmış süxur nümunələrinin fiziki-mexaniki xüsusiyyətlərinin kompleks şəkildə öyrənilməsindən, hidrotexniki qurğuların tikilməsi üçün münasib sahələrin seçilməsindən ibarətdir.
Geofizika və Geologiya İdarəsinin Geofizika Elmi Tədqiqat İnstitutunda QGT materiallarının təkrar təhlili və İNNK əsasında fəaliyyəti dayandırılmış quyuların istismar fonduna qaytarılmasını müəyyənləşdirmək məqsədilə «Lökbatan», «Buzovna», «Balaxanı», «Pirallahı», «Qum-dəniz» və s. yataqlarda 20-yə yaxın quyuda tədqiqat işləri aparılıb. Verilmiş təkliflərə görə, 14 quyu istismar fonduna qaytarılmış, perforasiya-sınaq işləri nəticəsində ümumilikdə 30 ton/gün neft, 30 000 kubmetr/gün qaz alınıb. Respublikada yerinə yetirilən qravimetrik tədqiqatların dəqiqliyini artırmaq və alınmış nəticələrin etibarlığını yüksəltmək məqsədilə iki məntəqədə qravimetrik attestasiya poliqonu yaradılıb.
Sənaye və energetika
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Xəbər Lenti
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib