Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə görüşüb
# 09 iyul 2009 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanla görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

N.Əliyev BƏƏ ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb. Nazir Azərbaycanın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) fəaliyyətini tamamilə dəstəklədiyini və bu təşkilatın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi yolunda bütün imkanlardan istifadə etdiyini və bu münasibətlə ölkədə bir sıra proqramların hazırlandığını bildirib.

Şeyx Abdulla bin Zayed Əl-Nahyan isə İRENA Baş Qərargahının Abu-Dabi şəhərində yerləşməsi barədə qərar qəbul edilərkən verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. Nazir ölkəsinin bütün sahələrdə olduğu kimi, alternativ və bərpa olunan enerjidən istifadə sahəsində də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR