Bank Of Baku

Azərbaycanın “Nabucco” qaz kəmərinin əsas təchizatçılarından olacağı gözlənilir

Azərbaycanın “Nabucco” qaz kəmərinin əsas təchizatçılarından olacağı gözlənilir
# 10 iyul 2009 08:00 (UTC +04:00)
Bu ölkələr artıq 2015-ci ildən kəmərə ildə 15 milyard kum/metr təbii qaz vuracaqlar. APA-nın “Röyter” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna daxil olan Avstriyanın OMV şirkətinin rəhbəri Volfqanq Ruttenstorfer bildirib.

Onun fikrincə, “Nabucco” ilə yanaşı, onunla rəqabət aparan Rusiyanın “Cənub axını” və “Şimal axını” qaz kəmərləri də Avropa üçün vacibdir: “Hesab edirəm ki, “Nabucco”nun reallaşmasından sonra Rusiyanın qaz məsələsində Avropada mövqelərini itirəcəyi riski az inandırıcıdır və sıfıra bərabərdir. Bu layihələrin enerji daşıyıcılarının müxtəlif mənbələri kimi öz tələbatçıları olacaq”.

V. Ruttenstorfer Azərbaycan və İraqın ildə “Nabucco” kəməri ilə 7-8 milyard kub/metr qaz nəql edəcəyinə ümidvar olduğunu deyib.

İrana gəldikdə, OMV rəhbəri bu ölkədə vəziyyət sabit olmadığından İranın bu layihədə iştirakının inandırıcı olmadığını bildirib: “İranda vəziyyət stabil deyil. Mən hələlik tunelin sonunda işıq görmürəm”.

Xatırladaq ki, “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası saziş bu il iyulun 13-də Ankarada imzalanacaq. Sazişi Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR