Bank Of Baku

Türkiyənin «Çağla Group» şirkəti Azərbaycanda filial açıb

Türkiyənin «Çağla Group» şirkəti Azərbaycanda filial açıb
# 13 noyabr 2009 08:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Çağla Group Elektrik İnşaat Sanayi ve Ticaret» şirkətinin Azərbaycanda filialı açılıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» qeydiyyat sistemi üzrə dövlət qeydiyyatına alınmış şirkət Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanında yerləşir. Şirkətin Azərbaycandakı qanuni təmsilçisi Cəmaləddin Qədri Doğandır.

Qeyd edək ki, «Çağla Group Elektrik İnşaat Sanayi ve Ticaret» şirkəti 15 ildir fəaliyyət göstərir. Şirkət əsasən elektrik sektorunda istifadəçilər üçün xüsusi dizaynlı avadanlıqlar hazırlayır və müasir avadanlıqlarla təchizat, məsləhət və nəzarət xidmətlərini həyata keçirir. Şirkət Bakıda tikilməkdə olan «Hilton & ISR Residence» otelinin layihəsində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR