Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti və «Bulgargaz» birgə müəssisə yaradır

Azərbaycan Dövlət Neft Şirkəti və «Bulgargaz» birgə müəssisə yaradır
# 13 noyabr 2009 08:37 (UTC +04:00)
APA-nın Bolqarıstan mətbuatına istinadən xəbərinə görə, bu barədə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Tayço Traykov açıqlama verib.

Bolqarıstan Nazirlər Şurası T.Traykova Azərbaycan prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə daxil olan Azərbaycanın sənaye və energetika naziri ilə birgə müəssisənin yaradılması haqqında əməkdaşlıq memorandumunu imzalamaq səlahiyyəti verib.

Sözügedən birgə müəssisə Azərbaycandan Bolqarıstana təbii qazın çatdırılması, Bolqarıstanın «Nabucco» qaz kəməri vasitəsilə almaq hüququna malik olduğu təbii qaz kvotası üçün resursların tapılması, həmçinin Qara dəniz vasitəsilə tankerlərlə daşınan sıxılmış qazın tranziti imkanlarını öyrənməyi planlaşdırır.

T.Traykovun sözlərinə görə, bu layihə reallaşarsa, Bolqarıstanın maye qaz terminalının tikintisində iştirakına zərurət olmayacaq. Xatırladaq ki, 2009-cu ilin yanvarında yaranmış qaz böhranı zamanı Bolqarıstan hökuməti ölkəyə qaz çatdırılmasının diversifikasiyası məqsədilə Yunanıstan və ya Türkiyədə terminal yaratmağı planlaşdırırdı.

Bolqarıstanlı nazir qeyd edib ki, maye qazın tankerlərlə daşınması baha başa gəlsə də, daha ucuz infrastrukturdan istifadə etməyə imkan verir və yanacağın boşaldılması üçün xüsusi terminalların tikintisini tələb etmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də Bolqarıstana işgüzar səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR