Bank Of Baku

Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığa dair iki anlaşma memorandumu imzalanıb

Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığa dair iki anlaşma memorandumu imzalanıb
# 13 noyabr 2009 14:18 (UTC +04:00)
Sonra prezidentlərin iştirakı ilə Azərbaycanla Bolqarıstan arasında sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov, “Bolqarıstanın “Bulqartransqaz” şirkəti (“Bulqarqaz” şirkətinin törəmə müəssisəsi) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu”nu isə “Bulqartransqaz”ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov imzalayıblar.

Bolqarıstan mətbuatının yazdığına görə, “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum” 2011-2012-ci illərdə Azərbaycandan Bolqarıstana ən azı 1 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Memorandumun imzalanması Bolqarıstana enerji resurslarının nəqlinin təhlükəsizlik səviyyəsini artıracaq və enerji mənbələrinin diversifikasiyasına imkan verəcək. Bu sənəd əsasında Azərbaycan Dövlət Neft Şirkəti və «Bulgartransgaz»ın iştirakı ilə birgə müəssisənin yaradılması planlaşdırılır. Sözügedən birgə müəssisə Azərbaycandan Bolqarıstana təbii qazın çatdırılması, Bolqarıstanın «Nabucco» qaz kəməri vasitəsilə almaq hüququna malik olduğu təbii qaz kvotası üçün resursların tapılması, həmçinin Qara dəniz vasitəsilə tankerlərlə daşınan sıxılmış qazın tranziti imkanlarını öyrənməyi planlaşdırır.

T.Traykovun sözlərinə görə, bu layihə reallaşarsa, Bolqarıstanın maye qaz terminalının tikintisində iştirakına zərurət olmayacaq. Xatırladaq ki, 2009-cu ilin yanvarında yaranmış qaz böhranı zamanı Bolqarıstan hökuməti ölkəyə qaz çatdırılmasının diversifikasiyası məqsədilə Yunanıstan və ya Türkiyədə terminal yaratmağı planlaşdırırdı.

Bolqarıstanlı nazir qeyd edib ki, maye qazın tankerlərlə daşınması baha başa gəlsə də, daha ucuz infrastrukturdan istifadə etməyə imkan verir və yanacağın boşaldılması üçün xüsusi terminalların tikintisini tələb etmir.

Görüşün nəticələri ilə bağlı jurnalistlərə açıqlama verən prezident Pırvanov “Nabucco” layihəsinin reallaşacağı tarixlə bağlı konkret məlumat verməyib: “Dəqiq tarix söyləmək çətindir, lakin bu gün imzalanmış sənədlər gələcəkdə “Nabucco” layihəsinin bir hissəsinə çevrilə bilər. Bunlar ikitərəfli sazişlərdir, perspektivdə bu sənədlər “Nabucco” layihəsində nəzərə alına bilər”.

Bolqarıstan prezidenti “Nabucco” layihəsinin gerçəkləşməsi üçün bir sıra məsələlərin öz həllini tapmalı olduğunu deyib: “Bunlar ilk növbədə enerji resursları mənbələrinin axtarışı, tranziti və maliyyələşdirilməsi ilə bağlı məsələlərdir. Azərbaycan bu ilin mayında Praqada bir daha “Nabucco” layihəsini dəstəklədiyini bildirib. Hələlik tranzit və maliyyələşdirmə məsələləri hələ həllini tapmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR