Bank Of Baku

“Azersun-Holding” Tiflisdə çay fabriki tikəcək

“Azersun-Holding” Tiflisdə çay fabriki tikəcək
# 14 noyabr 2009 07:04 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gələn il “Azersun-Holding” Tiflisdə çay fabriki tikəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə şirkətin təmsilçisi Kazım Babayev Tiflisdə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Azersun- Holding” Gürcüstanın çay sektoruna 2 milyon dollar investisiya qoymağı planlaşdırır. Başlanğıcda ildə 2 min ton çay istehsal edəcək fabrik üçün xammalı Azərbaycan investorları bölgələrdə fəaliyyət göstərən yerli fermerlərdən alacaqlar. Alınacaq çayın qablaşdırılması holdinqin Tiflisdəki çay fabrikində həyata keçiriləcək. Müəssisə eyni zamanda Hindistan və Şri-Lanka kimi xammal mənbəyi olan ölkələrdən də çay gətirib qablaşdırmağı nəzərdə tutub. Fabrikdə ilk vaxtlar 30 nəfər işlə təmin ediləcək.

Qeyd edək ki, indiyədək “Azersun-Holding” Gürcüstanda kənd təsərrüfatının inkişafı üçün 8 milyon lari vəsait xərcləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR