Bank Of Baku

Rövnəq Abdullayev: “Azərbaycan qazının Qara dəniz vasitəsilə Avropaya nəqli nəzərdən keçirilir”

Rövnəq Abdullayev: “Azərbaycan qazının Qara dəniz vasitəsilə Avropaya nəqli nəzərdən keçirilir”
# 14 noyabr 2009 09:52 (UTC +04:00)
«APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R. Abdullayevin sözlərinə görə, Kulevidən qazın gəmilərdən istifadə etməklə Rumıniya və Bolqarıstana nəqlinə dair danışıqlar aparılır. Buradan isə təbii qaz kəmərlər vasitəsilə Avropa bazarlarına ötürüləcək.

R. Abdullayev ARDNŞ və «Bulgargaz» şirkəti arasında ötən gün imzalanmış memorandum çərçivəsində bu layihənin həyata keçirilməsi istiqamətində işlərin həyata keçiriləcəyini deyib.

ARDNŞ prezidenti onu da vurğulayıb ki, qeyd olunan layihə reallaşacağı təqdirdə Azərbaycan tərəfi Kulevidə sıxılmış qaz terminalı tikəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR