Bank Of Baku

Azərbaycan Qara dəniz vasitəsilə Bolqarıstana təbii qaz nəql edəcək

Azərbaycan Qara dəniz vasitəsilə Bolqarıstana təbii qaz nəql edəcək
# 14 noyabr 2009 10:56 (UTC +04:00)
N. Əliyevin sözlərinə görə, səfər çərçivəsində enerji sahəsində bir neçə mühüm sənəd imzalanıb ki, bu sənədlərdən biri də Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyi arasında energetika sektorunda əməkdaşlıq memorandumudur. Sənəddə enerji sektorunun hansı sahələrində əməkdaşlıq edilməsi, həmçinin hər iki dövlətin enerji nazirliklərinin Azərbaycan qazının Bolqarıstana çatdırılmasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) və Bolqarıstanın «Bulqarqaz» şirkətinə köməklik etməsi nəzərdə tutulub.

N. Əliyevin sözlərinə görə, sənəddə yeni bir istiqamət Azərbaycan təbii qazının sıxılmış vəziyyətdə Qara dəniz üzərindən tankerlər vasitəsilə nəqlinin planlaşdırılmasıdır: «Təbii qaz xüsusi tankerlərlə daşınaraq Bolqarıstanın Varna liman şəhərinə çatdırılacaq. Azərbaycan indiyədək belə bir nəqletmə həyata keçirməyib. Bu bizim üçün yeni bir vasitədir. Bununla bağlı hər iki tərəfdən işçi qrupu yaradılacaq, həmçinin tədqiqat və təhlillər aparılacaq. Artıq bununla bağlı bəzi layihə və təkliflər Azərbaycan Sənaye və Energetika Nazirliyinə, eyni zamanda ARDNŞ-yə təqdim olunub».

N. Əliyevin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün 2 mlrd. ABŞ dollarından artıq vəsait sərf ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR