Bank Of Baku

ARDNŞ gələn il «Babək» və «Abşeron» perspektiv strukturlarında kəşfiyyat işlərinə başlamaq niyyətindədir

ARDNŞ gələn il «Babək» və «Abşeron» perspektiv strukturlarında kəşfiyyat işlərinə başlamaq niyyətindədir
# 14 noyabr 2009 11:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Dövlət Neft Şirkəti (ARDNŞ) gələn il Xəzərin Azərbaycan milli sektorundakı «Babək» və «Abşeron» perspektiv strukturlarında kəşfiyyat işlərinə başlamaq niyyətindədir. APA-nın bildirdiyinə görə, bu barədə ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

Hazırda ARDNŞ-in öz imkanları hesabına «Ümid» strukturunda kəşfiyyat quyusu qazdığını deyən X. Yusifzadənin sözlərinə görə, həm «Ümid», həm «Babək», həm də «Abşeron»da ehtimallara görə böyük həcmdə qaz ehtiyatı mövcuddur.

««Ümid»də quyunun qazılmasına başlanıb və 2616 metr dərinliyindir. Layihə üzrə quyu 6500 metr nəzərdə tutulur. Ümumilikdə, yataqda 200-300 mlrd. kubmetr qaz ehtiyatının olduğu proqnozlaşdırılır», - deyə X. Yusifzadə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR