Bank Of Baku

Nazir: “Azərbaycan qazını yüksək qiymətə satmaq istəyirik”

Nazir: “Azərbaycan qazını yüksək qiymətə satmaq istəyirik”
# 14 noyabr 2009 11:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Sənaye və energetika naziri Natiq Əliyev prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. «APA-Economics»in məlumatına görə, nazir səfər çərçivəsində enerji sahəsində bir neçə mühüm sənədin imzalandığını qeyd edib. N. Əliyevin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstanın İqtisadiyyat Energetika və Turizm Nazirliyi ilə energetika sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda bir neçə istiqamət əsas götürülüb ki, bunlardan biri Azərbaycan təbii qazının sıxılmış vəziyyətdə Bolqarıstana nəqli, həmçinin “Cənub dəhlizi”nin reallaşdırılması məsələsi olub.

N. Əliyevin sözlərinə görə, Azərbaycan yalnız “Cənub dəhlizi” və “Nabucco” deyil, bütün istiqamətlərdə Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Daha sonra N. Əliyev memorandumda hər iki nazirlik arasında qeyri-neft sahəsində əməkdaşlıq üzrə maddələrinin olduğunu da qeyd edib.

Nazir Azərbaycan təbii qazının Türkiyə, Rusiya və İrana satışı ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq danışıqlar aparılır. «Hər bir ölkənin istəyidir ki, öz qazını yüksək qiymətə satsın. Biz də bu prinsipdən istifadə edərək Azərbaycan qazını yüksək qiymətə satmaq istəyirik. Qeyd edim ki, Azərbaycanla qonşu ölkələrin hamısı qazı indiki qiymətə ala bilər. Lakin biz qazı daha yüksək qiymətə satmaq niyyətindəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR