Bank Of Baku

Natiq Əliyev: ““Nabucco” reallaşsa, Azərbaycan qazını Almaniyayadək nəql etmək mümkün olacaq”

Natiq Əliyev: ““Nabucco” reallaşsa, Azərbaycan qazını Almaniyayadək nəql etmək mümkün olacaq”
# 14 noyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. “Nabucco” qaz kəməri layihəsi reallaşarsa, Azərbaycan qazını Almaniyayadək nəql etmək mümkün olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N. Əliyevin sözlərinə görə, “Nabucco” Avropa İttifaqı üçün ən mühüm layihədir və bu layihə ilə bağlı bir sıra razılaşmalar var: “Hazırda bu layihənin maliyyələşdirilməsi məsələsi müzakirə olunur”.

N. Əliyev bildirib ki, layihə baş tutarsa, Azərbaycan qazı Yunanıstandan Bolqarıstana və digər marşrutlarla Almaniyayadək çatdırılacaq: “Bunun üçün Yunanıstandan Bolqarıstana 90 kilometrlik qaz kəməri çəkmək mümkündür. Bütün bunlar təhlil edilməli və qiymətləndirilmədir. Məqsədlərdən biri satılan qazın nəqli xərclərini çıxılmaqla təmiz gəlirin əldə edilməsi məsələsidir. Çünki burada əsas resurs mənbəyi kimi Azərbaycan qazı qeyd olunur».

N. Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını yüksək qiymətləndirərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR