Azərbaycan Prezidenti: “Tranzit məsələlərinin həll olunmaması “Nabukko” layihəsinin həyata keçirilməsində əsas maneədir”
Prezident qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri son illər ərzində dünya gündəliyinin ən önəmli yerlərinə çıxıb: “Azərbaycan öz tərəfindən enerji təhlükəsizliyi və enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərinin həlli işinə töhfəsini verir. Əminəm ki, bu gün imzalanmış sənədlər “Cənub dəhlizi”nin təşkil edilməsində öz müsbət rolunu oynayacaq”.
Prezident Bolqarıstanla Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın çox uğurlu olacağına əminliyini vurğulayıb: “Bu əməkdaşlıq gələcəkdə genişlənəcək və başqa ölkələri həmin müsbət təşəbbüsə cəlb edəcək. Azərbaycan qazının Bolqarıstana çatdırılması nəticəsində Azərbaycan Avropa İttifaqının qaz sahəsində tərəfdaşına çevriləcək. Əminəm ki, bu, Avropa İttifaqı üçün də, bizim üçün də vacibdir”.
Azərbaycanın qaz ehtiyatlarının çox geniş olduğunu vurğulayan ölkə başçısı “ən minimal hesablamalara görə təsdiq edilmiş ehtiyatlar təxminən 2 trilyon kubmetr ətrafındadır. Əlbəttə, biz istəyirik ki, bu qazı ixrac edək, resurslarımızı əmniyyətli və şaxələndirilmiş yollarla dünya bazarlarına çatdıraq. Hazırda Azərbaycan qazı müxtəlif istiqamətlərlə regional bazarlara çıxarılır və əlbəttə, biz istəyirik ki, tərəfdaşlarımızın sayı çoxalsın. Əminəm ki, Bolqarıstan bu işlərdə, Azərbaycan qazının Avropa qitəsinə idxal edilməsində çox önəmli rolunu oynayacaq”- deyə, bildirib.
İmzalanmış sənədlər əsasında yaxın zamanlarda ikitərəfli işçi qrupu yaradılacağını söyləyən dövlət başçısı işçi qrupundan qısa müddət ərzində təkliflər gözlədiyini də bildirib.
Azərbaycanın “Nabukko” layihəsini həmişə dəstəklədiyini deyən prezident bu dəstəyin davam etdiyini söyləyib: “Bu ilin may ayında Avropa İttifaqı tərəfindən təşkil edilmiş enerji zirvəsində Azərbaycan “Nabukko” layihəsinin həyata keçirilməsinə öz töhfəsini verib və məlum bəyannaməni imzalayıb”.
Prezident deyib ki, “Nabukko” layihəsinin həyata keçirilməsi üçün bir neçə önəmli məsələ öz həllini tapmalıdır: “ İlk növbədə, resurs bazası olmalıdır. Bu da var. Azərbaycanın çox böyük qaz ehtiyatları var. Biz maraqlıyıq ki, öz resurslarımızı müxtəlif yollarla ixrac edək. Digər önəmli məsələ tranzit məsələsinin həll olunmasıdır. Əfsuslar olsun ki, biz bu vaxta qədər bu istiqamətdə irəliyə heç bir addım ata bilməmişik. Tranzit məsələlərinin həll olunmaması əslində, “Nabukko” layihəsinin həyata keçirilməsində əsas maneədir. Üçüncü vacib məsələ layihənin maliyyələşdirilməsidir. Bu istiqamətdə müəyyən addımlar atılıb, ilkin ödənişlər ayrılıb. Ancaq bildiyiniz kimi, “Nabukko” layihəsinin həyata keçirilməsi üçün çox böyük vəsait lazımdır. Hələ ki, o vəsaitin məbləği dəqiqləşdirilir və ən önəmlisi, mənbəyi də dəqiqləşdirilməlidir”.
Ölkə başçısı bildirib ki, digər önəmli məsələlər də öz həllini tapmalıdır: “Mən sadəcə olaraq əsas üç məsələni qeyd etdim. Üç məsələnin ancaq biri hazır vəziyyətdədir - o da Azərbaycanın resurs bazasıdır. Digər məsələlər əfsuslar olsun ki, hələ müzakirə mövzusudur. Ancaq onu da qeyd etməliyəm ki, biz bu məsələyə daha geniş aspektdən yanaşırıq. Biz bu məsələyə “Cənub dəhlizi” layihəsi kimi yanaşırıq. “Cənub dəhlizi” layihəsinin içində, o cümlədən “Nabukko” layihəsi də yer tutur. Bundan başqa, Trans Adriatik Kəməri (TAP) layihəsi, Türkiyə-Yunanıstan-İtaliya (TGİ) layihəsi də - onların hamısı “Cənub dəhlizi” layihəsinin içində olan layihələrdir. Bu gün imzalanmış sənədlər “Cənub layihəsi” adlandırdığımız böyük təşəbbüsün həyata keçirilməsində çox önəmli rol oynaya bilər. Çünki bu sənədlərdə iki tərəf iştirak edir. Bolqarıstan və Azərbaycan – iki dost ölkə, əminəm ki, imzalanmış sənədlərin yaxın zamanlarda həyata keçirilməsi üçün nə lazımdırsa onu da edəcəkdir”.
Sənaye və energetika
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Xəbər Lenti
Sabahın hava proqnozu açıqlanıb
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək