Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda sənaye istehsalı 7,4% artıb

Yanvar-oktyabr aylarında Azərbaycanda sənaye istehsalı 7,4% artıb
# 16 noyabr 2009 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulda (ÜDM) 49,9%-lik paya malik sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 17,7 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsas sənaye məhsulları olan xam neftin hasilatı 12,1% artaraq 42,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2,8% artaraq 13,5 mlrd. kubmetr olub.

Sənaye məhsulunun 4/5 hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.

Sənaye fəaliyyətinin 75%-i mədənçıxarma, 19,7%-i emal, 5,3%-i isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilib. İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib.

Bununla yanaşı, noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 235,2 mln. manatlıq və ya əvvəlki ayla müqayisədə 7 mln. manat çox hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR