Bank Of Baku

«Azərenerji» ASC-nin yeni törəmə müəssisəsi dövlət qeydiyyatına alınıb

«Azərenerji» ASC-nin yeni törəmə müəssisəsi dövlət qeydiyyatına alınıb
# 16 noyabr 2009 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin tərkibində yaradılan yeni şirkət dövlət qeydiyyatından keçib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Cari ilin ortalarında ləğv edilərək «Azərenerji» ASC-nin tabeçiliyinə verilmiş Şəki Elektrik Şəbəkəsinin bazasında yaradılmış yeni şirkət «Şəki Yüksək Gərginlikli Elektrik Şəbəkəsi» MMC adlanır.

Dövlət qeydiyyatından oktyabrın sonunda keçmiş şirkətin hüquqi ünvanı Şəki rayonu, Oğuz şosesi, Yeni Yaşayış sahəsi, ev 2, qanuni təmsilçisi isə Nadir Əmrahovdur.

Şirkətin nizamnamə kapitalı 1,5 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR