Bank Of Baku

«BP-Azerbaijan» şirkəti Bakı Dərin Özüllər Zavodunda monitorinq keçirib

«BP-Azerbaijan» şirkəti Bakı Dərin Özüllər Zavodunda monitorinq keçirib
# 16 noyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «BP-Azerbaijan» şirkəti Bakı Dərin Özüllər Zavodunda «Sahibkarlığın inkişafı və təlimi proqramı»na (SİTP) uyğun olaraq istehsal prosesi, yemək təchizatı, sağlamlıq, təhlükəsizlik xidmətləri və digər sahələri əhatə edən monitorinq keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Zavod rəhbərliyinin təşəbbüsü ilə keçirilən monitorinqdə məqsəd zavodun fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu aydınlaşdırmaq və ona beynəlxalq şirkətlərlə böyük həcmli layihələrin həyata keçirilməsində dəstək olmaqdır. SİTP müşahidəçiləri tərəfindən aparılan təhlillər zamanı Dərin Özüllər Zavodunun müxtəlif sahələrində müsbət nəticələr müşahidə edilib. Bildirilib ki, yüksək səviyyəli kadr potensialına malik Dərin Özüllər Zavodunda istehsal olunan avadanlıqlar müasir standartlara tam cavab verir və polad konstruksiyaların istehsalı prosesinə uyğundur. Həmçinin, burada ərzaq təhlükəsizliyi standartlarının tələblərinə cavab verən yeməkxanalar fəaliyyət göstərir. Bundan əlavə, SİTP çərçivəsində zavod rəhbərliyinə bir sıra tövsiyə və təkliflər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR