Bank Of Baku

Rusiya Dövlət Dumasının sədr müavini: “Rusiya Azərbaycanın “Cənub axın” layihəsində iştirakını alqışlayardı”

Rusiya Dövlət Dumasının sədr müavini: “Rusiya Azərbaycanın “Cənub axın” layihəsində iştirakını alqışlayardı”
# 16 noyabr 2009 13:59 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. “Rusiya Azərbaycanın “Cənub axın” layihəsində iştirakını alqışlayardı”.

Bunu APA-nın Moskva müxbirinin suallarını cavablandıran Rusiya Dövlət Dumasının sədr müavini, Rusiya Qaz Cəmiyyətinin sədri Valeri Yazev deyib.

V.Yazev bildirib ki, Azərbaycan “Cənub axın” layihəsində iştirak etmək üçün lazım olan hər şeyə malikdir: “Məncə, Azərbaycan layihəni xammalla təmin edə bilər. 2014-2015-ci illərdə Azərbaycan ciddi qaz ehtiyatlarına malik yataqları işə salacaq və qaz hasilatı artacaq. O zaman Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasının variantlarından biri də “Cənub axın” layihəsi ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR