Bank Of Baku

«Şimal» elektrik stansiyası enerji istehsalını artırıb

«Şimal» elektrik stansiyası enerji istehsalını artırıb
# 17 noyabr 2009 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında «Şimal» elektrik stansiyasında 43 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından təqribən 1 mln. kVt/saat çoxdur.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində isə sözügedən stansiyada 1,763 mlrd. kVt/saat proqnoza qarşı 1,852 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

Bundan başqa, ötən ay stansiyanın 400 MVt-lıq enerji blokunda növbəti təftiş işləri həyata keçirilib. Təftiş zamanı qaz turbininin bəzi elementləri yenisi ilə əvəz edilib. Eyni zamanda sahil nasosxanasında, generatorda müxtəlif təyinatlı təmir işləri aparılıb. Bütün bunlarla yanaşı, 110 KV-luq çıxış hava xətlərində yeni portallar quraşdırılıb, inzibati və köməkçi binaların dam örtükləri təmir edilib.

Qeyd edək ki, 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı tərtib edilən qrafikə uyğun olaraq tədbirlər planı davam etdirilir. Yerinə yetirilmiş işlər nəticəsində stansiyanın enerji bloku və avadanlıqlarının texniki vəziyyəti və texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR