Bank Of Baku

Bakıda Beynəlxalq Enerji Agentliyinin “World Energy Outlook 2009” hesabatının təqdimat mərasimi keçirilib

Bakıda Beynəlxalq Enerji Agentliyinin “World Energy Outlook 2009” hesabatının təqdimat mərasimi keçirilib
# 17 noyabr 2009 12:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Azərbaycan Diplomatik Akademiyasında Beynəlxalq Enerji Agentliyinin (BEA) “World Energy Outlook 2009” hesabatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, hesabatı BEA-nın icraçı direktorunun müavini Riçard Cons təqdim edib.

R.Cons qeyd edib ki, hesabat ilk dəfə ötən həftə Londonda təqdim olunub: “Bu gün isə ilk dəfə olaraq BEA-nın üzvü olmayan ölkədə təqdim olunur ki, bu da enerji sahəsində Azərbaycanın önəmini göstərir”.

Qeyd edək ki, “World Energy Outlook 2009” hesabatında qlobal maliyyə böhranı fonunda energetika sektoruna investisiyaların azalacağı proqnozlaşdırılır: “Bu da öz növbəsində enerji təhlükəsizliyi və iqlim siyasətində uzaqgedən nəticələrə gətirib çıxara bilər”.

R.Cons bildirib ki, Bakıya səfəri çərçivəsində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşüb. Nazir bildirib ki, böhran özünü Azərbaycana qoyulan investisiyalarda göstərməyib.

Proqnozlara əsasən, neftin 1 barelinin qiyməti 2020-ci ildə 100 dollara, 2030-cu ildə 115 dollara çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR