Bank Of Baku

Beynəlxalq Enerji Agentliyinin rəsmisi: “Enerji diversifikasiyası həm təchizatçılar, həm də istehlakçılar üçün çox vacibdir”

Beynəlxalq Enerji Agentliyinin rəsmisi: “Enerji diversifikasiyası həm təchizatçılar, həm də istehlakçılar üçün çox vacibdir”
# 17 noyabr 2009 13:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın energetika sahəsində ən yaxşı siyasəti enerji effektivliyinin inkişaf etdirilməsidir. APA-nın məlumatına görə, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktorunun müavini Riçard Cons deyib.

O qeyd edib ki, enerji effektivliyinin yüksəldilməsi təchizatçı ölkələr kimi, istehlakçı ölkələr üçün də vacibdir: “Enerji effektivliyinin yüksəldilməsi üçün bərpa olunan enerji ehtiyatlarından da istifadə etmək mümkündür. Siz iqlim şəraitinizdən yararlanaraq günəş enerjisindən də istifadə edə bilərsiniz. Bu sahədə Avropanın təcrübəsi sizə kömək ola bilər. O fikirlə də razıyam ki, bərpa olunan enerji ehtiyatlarının inkişafı neft və qaza olan tələbatı azalda, bununla da bu sahədə olan münaqişələrdən qaçmaq imkanı yarada bilər”.

Xəzər dənizinin enerji ehtiyatlarının Avropanın enrji təhlükəsizliyi üçün əhəmiyyətinə dair jurnalistlərin sualını cavablandıran R.Cons deyib ki, Avropanın təbii ehtiyat hasilatının azalması onu yeni yollar axtarmağa vadar edir: “Potensial təchizatçı rolunda Xəzər regionu ölkələri – Azərbaycan, Türkmənistan və Qazaxıstan çıxış edə bilər. Bu ölkələrdən Avropaya qaz çatdırılmasının da bir neçə potensial marşrutu var və biz onlardan hansınısa lider seçmək niyyətində deyilik. Bizim vurğulamaq istədiyimiz məsələ odur ki, enerji diversifikasiyası həm təchizatçılar, həm də istehlakçılar üçün çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR