Bank Of Baku

Bakının Nərimanov rayonunda qazın verilişi müvəqqəti dayandırılıb

Bakının Nərimanov rayonunda qazın verilişi müvəqqəti dayandırılıb
# 18 noyabr 2009 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Bakının Nərimanov rayonunun bəzi yerlərində qaz təminatını müvəqqəti olaraq dayandırıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Nərimanov rayonunun Nağıyev küçəsindən keçən 325 mm-lik orta təzyiqli qaz kəmərində həyata keçirilən təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan 17:00-a kimi rayonun Nağıyev, Heydərov, Mayakovski, Daş karxanası, Heydər Əliyev prospektinin sağ və sol ətrafı, Həsənoğlu küçələrində qaz təchizatında məhdudiyyətlər olacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR