Bank Of Baku

Berlində «Nobellər və Bakı nefti» sərgisi keçiriləcək

Berlində «Nobellər və Bakı nefti» sərgisi keçiriləcək
# 18 noyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Londonda (Böyük Britaniya) «Nobellər və Bakı nefti» adlı sərgi keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgi «Əsrin müqaviləsi»nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Bakıdakı fəaliyyətinin 130 illik yubileyinə həsr olunub və sentyabrın 15-də ilk dəfə Bakıda nümayiş etdirilib. Londonda keçirilən sərgini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ARDNŞ və «Statoil Absheron» şirkəti təşkil ediblər.

Açılış mərasimində Londonda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, biznes strukturlarının təmsilçiləri, jurnalistlər və sənətsevərlər iştirak edib.

Analoji sərgi noyabrın 22-də Berlində də (Almaniya) nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR