Bank Of Baku

Azərbaycan Gürcüstanın Zuqdidi şəhərinə qaz verilməsini təmin edib

Azərbaycan Gürcüstanın Zuqdidi şəhərinə qaz verilməsini təmin edib
# 18 noyabr 2009 12:45 (UTC +04:00)
Zuqdidi. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Zuqdidi şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya proqramı çərçivəsində qazpaylama mərkəzinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvili çıxışında bu yaxşılığı heç vaxt unutmayacaqlarını bildirib: “Azərbaycan prezidenti həmişə öz vədlərinə əməl edir və bu gün qazpaylama mərkəzinin açılışı da buna bariz nümunədir”.

Tədbirdə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, “Socar-Energy Georgia” törəmə təşkilatının rəhbəri Mahir Məmmədov, Sameqrelo və Yuxarı Svanetiya bölgəsinin qubernatoru Zviadi Qoroziya da iştirak ediblər.

Qeyd edək ki, Zuqdidi şəhərinə təbii qazın çəkilməsi “SOCAR Georgia GAS” MMC tərəfindən həyata keçirilib. Bu gün 1100 ailəyə təbii qaz veriləcək. Sonrakı illərdə Zuqdidi şəhər şəhərində daha 3500 abonentə qaz çəkilməsi planlaşdırılır.

“Socar-Energy Georgia” törəmə təşkilatının rəhbəri Mahir Məmmədov jurnalistlərə bildirib ki, bu, 3 illik proqramdır: “Biz nəzərdə tutduğumuz kimi, öz vədimizə vaxtında əməl edirik. Gürcüstanda bu ilin axırınadək 57 min yeni abonentə qaz çəkiləcək. Sonrakı illərdə bu rəqəmə daha 150 min abonent əlavə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR