Bank Of Baku

«Bulla-dəniz» yatağında dərin kəşfiyyat quyusu qazılacaq

«Bulla-dəniz» yatağında dərin kəşfiyyat quyusu qazılacaq
# 18 noyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Bulla-dəniz» yatağındakı 82 saylı platformadan 89 nömrəli dərin kəşfiyyat quyusunun qazmasını davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, quyunun layihə dərinliyi 6,4 km-dir, quyunun qazılmasında məqsəd VIII horizontun məhsuldarlığını öyrənməkdir. Bu günə kimi quyunun 1,2 km-dək hissəsi artıq qazılıb. Geoloqların hesablamalarına görə, bu quyudan sutkada 500 min kubmetr qaz və 80 ton kondensat hasil edilə bilər.

Hazırda «Nərimanovneft» NQÇİ tərəfindən istismar edilən bu yataqdan sutkada 450 min kubmetr qaz hasil olunur. Yaxın aylarda «Bulla-dəniz»də dənizin 34 metr dərinliyində 4 bloklu 29 saylı platforma quraşdırılacaq, burada da VIII horizonta 90 nömrəli qaz quyusu qazılacaq.

Qeyd edək ki, «Bulla-dəniz»in 34 illik istismar müddəti ərzində yataqdan 62 mlrd. kubmetr qaz və 11 mln. ton kondensat hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR