Bank Of Baku

«ANŞAD Petrol» şirkəti ləğv edilib

«ANŞAD Petrol» şirkəti ləğv edilib
# 19 noyabr 2009 07:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «ANŞAD Petrol» Azərbaycan-Türkiyə neft-qazçıxarma müəssisəsi ləğv edilib. «APA-Economics»in verdiyi xəbərə görə, bu barədə şirkətin Ləğvetmə Komissiyasının yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, «ANŞAD Petrol» şirkəti Azərbaycanda «Neftçala», «Xıllı», «Durovdağ-Babazanan» neft yataqlarının və Muğan Monoklialının cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ və «Neftçala İnvestments Ltd.» və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin təsdiq edilməsi və həyata keçirilməsinə icazənin verilməsi barədə qanuna və ARDNŞ-in sazişin qüvvəyə minməsinə dair məktubuna əsasən ləğv edilib.

Şirkətdən həmçinin bildirilib ki, bununla əlaqədar hüquqi və fiziki şəxslər ortaya çıxan problemlərlə bağlı Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Xatırladaq ki, «ANSHAD Petrol» 1993-cü ildə ARDNŞ ilə Türkiyənin «Atilla Dogan Petrol» şirkəti arasında keçmiş «Neftçalaneft» NQÇİ-nin bazasında yaradılıb. «ANSHAD Petrol»un operatoru rolunda 1994-1996-cı illərdə «Atilla Dogan Petrol» şirkəti çıxış etsə də, 1997-ci ildən etibarən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. Həmçinin, 1995-ci ildə Malayziyanın «Land and General Berhad» şirkəti «Atilla Dogan Petrol»un layihədəki 17,15%-lik iştirak payını əldə edərək bu layihəyə qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR