Bank Of Baku

«Total» şirkəti: «Azərbaycan qazının Avropaya nəqlinə dair Türkiyə ilə tranzit müzakirələri olduqca çətin keçir»

«Total» şirkəti: «Azərbaycan qazının Avropaya nəqlinə dair Türkiyə ilə tranzit müzakirələri olduqca çətin keçir»
# 19 noyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» perspektivli qaz strukturunun işlənməsi layihəsinin ikinci fazasında hasil ediləcək qazın Avropaya nəqlinə dair Türkiyə ilə tranzit müzakirələri olduqca çətin keçir. «APA-Economics»in məlumatına görə, bunu «Wall Street Journal»a müsahibəsində «Total» şirkətinin Mərkəzi Asiya üzrə direktorunun köməkçisi Arnaud Breuillak bildirib.

Türkiyə ilə tranzit müzakirələri alınmasa, qazın Avropaya Rusiya üzərindən daşınacağını qeyd edən A.Breuillak Azərbaycan Dövlət Neft Şirkətinin bir müddət əvvəl «Qazprom» şirkəti ilə «Şahdəniz» qazının alqı-satqısına dair müqavilə bağladığını, bu çərçivədə Rusiyaya istiqamətində qaz kəmərlərinin təmir edildiyini xatırladıb.

«Şahdəniz» Hasilatın Pay Bölgüsü Sazişinin iştirakçıları BP (operator – 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NIKO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR