Bank Of Baku

Viktor Yuşşenko Dmitri Medvedevə qaz sazişlərinə yenidən baxmağı təklif edib

Viktor Yuşşenko Dmitri Medvedevə qaz sazişlərinə yenidən baxmağı təklif edib
# 19 noyabr 2009 12:10 (UTC +04:00)
Bakı – APA-Economics. Ukrayna prezidenti Viktor Yuşşenko rusiyalı həmkarı Dmitri Medvedevə rəsmən müraciət edib.
APA-Economics”in məlumatına görə, Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında bağlanmış qaz sazişlərinin bir sıra müddəalarını tənqid edən V.Yuşşenko Avropanın qaz təchizatında problemlər yaranmaması üçün bu sazişlərə yenidən baxılmasını təklif edib.
Ukrayna prezidenti məktubunda bildirib ki, ölkəsi üçün Rusiya qazının qiyməti üç dəfə artaraq orta Avropa qiymətini üstələyib: “Amma Rusiya qazının Ukrayna ərazisindən tranzit qiyməti dəyişməyib və digər Avropa dövlətlərinə ödənilən tranzit haqqından 2,5-3 dəfə azdır”.
V.Yuşşenkonun fikrincə, “Naftoqaz” Rusiya qazının Avropaya tranzitindən almalı olduğu 2-3 mlrd. dollar vəsaiti ala bilməyib.
Qeyd edək ki, Rusiyanın Qərb istiqamətində ixrac etdiyi qazın 80%-i Ukrayna ərazisi vasitəsilə nəql olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR