Bank Of Baku

Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 12% artıb

Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 12% artıb
# 19 noyabr 2009 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 42,2 mln. ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində kəmər vasitəsilə 32,1 mln. ton neft ötürülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə BTC ilə nəql olunan neftin həcmi 14,6% artıb. Bununla yanaşı hesabat dövründə BTC kəməri ilə 1,5 mln. ton Qazaxıstan nefti nəql edilib.

Bundan başqa, 2009-cu ilin ilk on ayı ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 9,5 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərdən istifadə etməklə 4,3 mlrd. kubmetr və ya ötən ilin eyni dövründən 10,3% çox qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR