Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsinə yanvar-sentyabr aylarında 723 mln. dollar əsaslı xərclər çəkilib

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsinə yanvar-sentyabr aylarında 723 mln. dollar əsaslı xərclər çəkilib
# 19 noyabr 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsinə 540 mln. ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 723 mln. dollar əsaslı məsrəflər xərclənib.

Layihənin iştirakçısı və operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bütün 2009-cu il üçün AÇG fəaliyyətləri ilə əlaqədar əməliyyat məsrəflərinin xərcləri 839 mln. dollar, əsaslı məsrəflərin xərcləri isə 1,639 mlrd. dollar təşkil edəcək.

Hasilata gəldikdə isə, hesabat dövründə «BP-Azerbaijan» şirkəti «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından təxminən 224 mln. barel (30 mln. ton) neft hasil edib ki, bu da gündə orta hesabla 822,1 min bareldən (b/g) çoxdur. Platformalar üzrə 822,1 min barel neftin gündəlik orta hesabla 105,3 min b/g-nü «Çıraq», 185,8 min b/g-nü «Mərkəzi Azəri», 275,2 min b/g-nü «Qərbi Azəri», 139,4 min b/g-nü «Şərqi Azəri», 116,4 min b/g-nü isə «Dərinsulu Günəşli» platformasının payına düşüb.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR