Bank Of Baku

Elşad Nəsirov: «Azərbaycan qazın ixracı istiqamətini Asiya bazarlarına yönəldə bilər»

Elşad Nəsirov: «Azərbaycan qazın ixracı istiqamətini Asiya bazarlarına yönəldə bilər»
# 19 noyabr 2009 14:41 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Avropa İttifaqının nəzərinə çatdırıb ki, qazın ixracı istiqamətini Asiya bazarlarına yönəldə bilər.

APA-Economics”in Lenta.ru-ya istinadən xəbərinə görə, bu bəyanatla Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov çıxış edib.

Məlumata görə, E.Nəsirov Azərbaycan üçün artıq Avropaya qaz nəql etməyin mümkün olmadığını bildirib.

Lenta.ru ARDNŞ rəsmisinin bu açıqlamanı harada səsləndirməsi haqda heç bir məlumat verməsə də, E.Nəsirovun əvvəllər də bu cür bəyanatlar səsləndirdiyini xatırladıb: “Nəsirov bildirmişdi ki, Avropa İttifaqı Mərkəzi Asiya qazını Rusiyadan yan keçməklə Avropaya çatdıracaq “Nabucco” qaz kəməri çərçivəsində tarifləri müəyyənləşdirməyi ləngitsə, rəsmi Bakı ixrac qaz həcmlərini Avropaya deyil, Asiyaya yönəldə bilər".

Qeyd edək ki, E.Nəsirovun bəyanatı Türkiyənin “Dünya” qəzetində də yer alıb. Həm Rusiya, həm də Türkiyə mətbuatı bunu Azərbaycanın “Avropa İttifaqının Xəzər regionundakı müttəfiqi rolundan imtina etməsi” kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR