Bank Of Baku

Bakı İstilik Elektrik Mərkəzi qışa hazırlıq tədbirlərini başa çatdırıb

Bakı İstilik Elektrik Mərkəzi qışa hazırlıq tədbirlərini başa çatdırıb
# 19 noyabr 2009 16:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin Bakı İstilik Elektrik Mərkəzi (İEM) qışa hazırlıq tədbirlərini başa çatdırıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Müəssisədə cari ilin oktyabr ayında elektrik enerjisi istehsalı 29 mln. kVt/saat əvəzinə təxminən 30,6 mln. kVt/saat olub. İstilik enerjisinin buraxılışı isə 18 min hika-kalori proqnozlaşdırıldığı halda, 19 min hika-kalorini ötüb. İstər elektrik, istərsə də istilik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də qənaətə nail olunub.

Mərkəzdə cari ilin yanvar-oktyabr ayları ərzində 329,5 mln. kVt/saat elektrik enerjisi (proqnozdan 10,5% çox) istehsal edilib. İstilik enerjisinin buraxılışı isə 305,8 milyon hika-kaloridən (proqnozdan 15,9% çox) çox olub.

Qeyd edək ki, həm elektrik, həm də istilik enerjisi istehsalı üzrə ixtisaslaşmış «Bakı» İEM-də hasil edilən buxar «Azərneftyağ» İstehsalat Birliyinin tələbatını tam ödəyir. «Azəristiliktəchizat» ASC də müəssisənin tələbatçılarındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR