Bank Of Baku

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə ARDNŞ-nin “Neftqaztikinti” Tresti arasında protokol imzalanıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə ARDNŞ-nin “Neftqaztikinti” Tresti arasında protokol imzalanıb
# 19 noyabr 2009 19:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) ilə Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Tresti arasında protokol imzalanıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Protokol bir müddət əvvəl ARDNŞ ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun müddəalarının icrası ilə əlaqədar tədbirlər proqramını əks etdirir.

“Neftqaztikinti” Trestinin müdiri Rizvan Abbasov bildirib ki, AMİU ilə qurulan bu əlaqələr gələcəkdə Trestin savadlı və perspektivli inşaatçı kadrlarla təmin olunmasına yardım göstərəcək. Trest tələbələri mülki tikinti, yol tikintisi, hidrotexniki qurğuların tikintisi kimi işlərin gedişinə cəlb etmək, onları Trestin ayrı-ayrı idarə və müəssisələrində praktiki işlərə dəvət etmək niyyətindədir. Bu məqsədlə xüsusi işçi qrupu yaradılacaq və tələbə-müəllim heyəti ilə işbirliyi qurulacaq.

Protokola əsasən, qarşılıqlı təcrübə mübadilələrinin, elmi-praktiki konfransların təşkil edilməsi, tikinti sahəsində baş verən elmi-texniki nailiyyətlər barədə AMİU tərəfindən ARDNŞ-nin müvafiq mütəxəssisləri üçün seminar və müşavirələr keçirilməsi, tələbə-müəllim heyətinin sınaq işləri üçün Trestin laboratoriyalarından yararlanması və s. tədbirlər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR