Bank Of Baku

«Şahdəniz» yatağı üzrə əsaslı xərclər yanvar-sentyabr aylarında 255 mln. dollar olub

«Şahdəniz» yatağı üzrə əsaslı xərclər yanvar-sentyabr aylarında 255 mln. dollar olub
# 20 noyabr 2009 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində «BP-Azerbaijan» şirkəti «Şahdəniz» yatağında fəaliyyəti üzrə əməliyyat xərclərinə 114 mln. ABŞ dolları, əsaslı xərclərə isə 255 mln. dollar vəsait sərf edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütün 2009-cu il üçün «BP-Azerbaijan» «Şahdəniz» üzrə 322 mln. dollar əməliyyat xərcləri və 369 mln. dollar əsaslı xərclər yatırmağa planlaşdırır.

Hasilata gəldikdə isə, hesabat dövründə yataq dörd öncəqazma quyusundan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam edib. «Şahdəniz»in birinci mərhələsinin qazı Azərbaycana, GOGC şirkətinə (Gürcüstan), «Botaş»a (Türkiyə) və «BTC Co.»ya satılır.

«Bizim 2009-cu il üçün planımız 7,5 mln. kubmetr qaz və 1,9 mln. ton kondensat hasil etməkdir», - deyə şirkətdən bildirilib.

2009-cu ilin ilk doqquz ayı ərzində yataqdan 4,4 mlrd. kubmetr qaz və 1,2 mln. ton kondensat və ya gündəlik orta hesabla 16,3 mln. kubmetr (574 mln. standart kub futdan artıq) qaz və 34 min barel kondensat hasil edib.

Cari ilin ilk doqquz ayı ərzində isə yataqdan 4,4 mlrd. kubmetr qaz və 1,2 mln. ton kondensat və ya gündəlik orta hesabla 16,3 mln. kubmetr qaz və 34 min barel kondensat hasil olunub: «Onu da qeyd edə ki, 2006-cı ilin sonunda «Şahdəniz»dən hasilatın başlandığı vaxtdan 2009-cu ilin III rübünün sonunadək yataqdan təqribən 31 mln. barel (3,9 mln. ton) kondensat hasil edilərək BTC ilə dünya bazarlarına göndərilib. Bu ilin noyabr ayının 9-dək olan rəqəm isə təqribən 32,4 mln. barel (4,1 mln. ton) təşkil edir».

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «StatoilHydro» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-35 mlrd. kubmetr təşkil edəcək. Eyni zamanda, Türkmənistanın qaz ixracı 145-180 mlrd. kubmetr, Qazaxıstanın isə 60-70 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Göstərilən miqdardan 15-20 mlrd. kubmetr qazı Azərbaycan Avropaya nəql edə biləcək. Müqayisə üçün Türkmənistan üçün bu göstərici 20-30 mlrd. kubmetr, Qazaxıstan üçün isə 10-15 mlrd. kubmetr səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR