Bank Of Baku

«BP-Azerbaijan» şirkəti bu il Azərbaycan Dövlət Neft Şirkətinə proqnozlaşdırılandan 2 dəfə çox səmt qazı verib

«BP-Azerbaijan» şirkəti bu il Azərbaycan Dövlət Neft Şirkətinə proqnozlaşdırılandan 2 dəfə çox səmt qazı verib
# 20 noyabr 2009 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun operatoru olan «BP-Azerbaijan» şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 2009-cu ildə verəcək səmt qazının real göstəriciləri proqnozlaşdırılan rəqəmdən 2 dəfədən artıq olub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən «BP-Azerbaijan» ARDNŞ-a gündə təxminən 11,1 mln. kubmetr səmt qazı verib: «Bizim planlarımızda 2009-cu il ərzində ARDNŞ-a ən azı 1,45 mlrd. kubmetr səmt qazı çatdırmaq idi və biz artıq 2009-cu ilin ilk üç rübü ərzində təqribən 3 mlrd. kubmetr qaz çatdırmaqla bu rəqəmi ötüb keçmişik».

Qeyd edək ki, «BP-Azerbaijan» səmt qazını AÇG-nin «Mərkəzi Azəri», «Qərbi Azəri» və «Şərqi Azəri» platformalarından hasil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR