Bank Of Baku

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı artırılıb

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı  artırılıb
# 20 noyabr 2009 07:55 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı 2010-cu ildə 60% artırılacaq.

APA-Economics”in məlumatına görə, bunu Rusiyanın baş naziri Vladimir Putin noyabrın 19-da ukraynalı həmkarı Yuliya Timoşenko ilə görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.

“Tranzit üçün tarif Ukraynaya satılan qazın qiymətindən daha çox artacaq. Biz buna hazırıq və burda qəribə heç nə yoxdur. Çünki gələn ildən Ukraynaya qaz satışı zamanı tətbiq olunan 20%-lik güzəşt ləğv olunacaq və müvafiq olaraq tranzit tarifi də artacaq” – deyə V.Putin qeyd edib.

Öz növbəsində Y.Timoşenko qeyd edib ki, 1 yanvar 2010-cu ildən Ukraynaya qaz tranziti üçün ilk dəfə olaraq dünya bazar qiymətləri ilə tranzit haqqı alacaq, bu isə milyonlarla dollar vəsait deməkdir.

Tərəflər həmçinin qaz sahəsində ikitərəfli sazişləri korrektə etmək barədə razılığa gəliblər. V.Putin Rusiya və Ukraynanın Yeni ili problemsiz qarşılayacağını bildirib: “Ukraynaya sanksiya tətbiq etməmək barədə “Qazprom”a birbaşa göstəriş verilib”.

Mətbuat konfransında V.Putin Ukrayna prezidenti Viktor Yuşşenkonun rusiyalı həmkarı Dmitri Medvedevə iki ölkə arasında imzalanmış qaz sazişlərinə yenidən baxılması barədə müraciətinə də münasibət bildirib. Baş nazir bu müraciəti “180 dərəcə dönüş” və “təəccüblü müraciət” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR