Bank Of Baku

Azərbaycanda payız-qış mövsümü üçün yeraltı qaz anbarlarına qazın vurulması prosesi başa çatıb

Azərbaycanda payız-qış mövsümü üçün yeraltı qaz anbarlarına qazın vurulması prosesi başa çatıb
# 20 noyabr 2009 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in yeraltı qaz anbarlarına 2009-2010-cu ilin payız-qış mövsümü üçün qazın vurulması prosesi mövcud qrafiklə başa çatıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Cari il aprel ayının 15-də başlamış bu prosesin nəticəsi olaraq, Şirkətin iki yeraltı anbarına ümumilikdə 1,946 mlrd. kubmetr qaz ehtiyatı yığılıb. Qalmaz anbarında 1 150,646 mln. kubmetr qaz tədarük edilib. Qaradağ anbarında isə 795,334 mln. kubmetr qaz həcmi toplanıb ki, bu da ötən illə müqayisədə 235,5 mln. kubmetr çoxdur.

Şirkətdən onu da bildiriblər ki, cari mövsümdə anbarlara 1,8 mlrd. kubmetr qaz vurulması nəzərdə tutulsa da, faktiki olaraq bu göstəricidən 146 mln. kubmetr artıq qaz tədarük edilib.

Qeyd etmək lazımdır ki, ARDNŞ yeraltı qaz anbarlarına ehtiyatların yığılması üzrə 1 mlrd. kubmetrlik həddi ilk dəfə 2006-cı ilin qışında keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR