Bank Of Baku

Yanvar-sentyabr aylarında «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda gündəlik neft hasilatı təxminən 860 min barel olub

Yanvar-sentyabr aylarında «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda gündəlik neft hasilatı təxminən 860 min barel olub
# 20 noyabr 2009 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkəti yataqlardakı 5 platformadan gündə təxminən 860 min barelə yaxın neft hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 25,5% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Çıraq» platformasında 19 quyu (13 hasilat və 6 suvurma quyusu) istismarda olub ki, ilin ilk üç rübü ərzində oradan orta hesabla gündə təxminən 105,3 min barel neft hasil edilib.

«Mərkəzi Azəri» platformasında isə 18 quyu (13 hasilat və 5 qaz injektor quyusu) istismarda olub və hesabat dövründə oradan gündə orta hesabla 185,8 min barel hasilat əldə edilib. Keçən ilin sentyabr ayında baş vermiş qaz sızma hadisəsinin hərtərəfli araşdırılması və sonrakı bərpa işlərinin aparılması sözügedən platformada 12 quyudan hasilatın gündə 220 min bareldən yuxarı bir səviyyəyə çatdırılması ilə nəticələnib.

«Qərbi Azəri»də isə 18 quyu (14 hasilat və 4 suvurma quyusu) istismarda olub və ilin ilk üç rübü ərzində oradan gündəlik orta hesabla təxminən 275,2 min barel neft hasil edilib.

«Şərqi Azəri» platformasına gəldikdə isə burada 13 quyu (9 hasilat və 4 suvurma quyusu) istismarda olub və hesabat dövründə oradan gündəlik orta hesabla təxminən 139,4 min barel hasilat əldə edilib.

Bununla yanaşı, «Dərinsulu Günəşli» platformasında 17 quyu (9 hasilat və 8 suvurma quyusu) istismarda olub ki, oradan gündə təxminən 116,4 min barel neft hasil olunub.

Xatırladaq ki, ötən il AÇG yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR