Bank Of Baku

ARDNŞ xaricdə neftayırma zavodları alma planlarını nəzərdən keçirir

ARDNŞ xaricdə neftayırma zavodları alma planlarını nəzərdən keçirir
# 20 noyabr 2009 15:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) xaricdə neftayırma zavodları alma planlarını nəzərdən keçirir.

«APA-Economics»in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, şirkət bir sıra ölkələrdə, o cümlədən neft ixrac etdiyi Avropa ölkələrində neftayırma zavodları almaqda maraqlıdır. Konkret olaraq hər hansı ölkənin adını çəkməyən R.Abdullayev hazırda bu məsələ üzərində işlər getdiyini və zavodlarla əlaqə saxlanıldığını qeyd edib.

Qeyd edək ki, yayılan məlumatlarda ARDNŞ-nin Rumıniya, Ukrayna, Bolqarıstan və İtaliyada zavodlar almaq niyyəti olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR