Bank Of Baku

Rövnəq Abdullayev: “Azərbaycanın hasil etdiyi təbii qazı Asiya bazarlarına nəql edəcəyi barədə fikirlər sentyabr ayında səsləndirilib”

Rövnəq Abdullayev: “Azərbaycanın hasil etdiyi təbii qazı Asiya bazarlarına nəql edəcəyi barədə fikirlər sentyabr ayında səsləndirilib”
# 20 noyabr 2009 16:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın hasil etdiyi təbii qazı Asiya bazarlarına nəql edəcəyi barədə fikirlər sentyabr ayında səsləndirilib. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bu o demək deyil ki, Azərbaycan Avropaya qaz ixrac etməyəcək: “Azərbaycan enerji dəhlizlərinin diversifikasiyasını dəstəkləyir və belə bir təklif Qazaxıstan tərəfindən səsləndirilib”.

ARDNŞ prezidenti onu da vurğulayıb ki, bir sıra Avropa ölkələri Azərbaycan qazını almağa maraqlarını ifadə ediblər. Hazırda danışıqlar aparılır.

Qeyd edək ki, ötən gün Rusiyanın internet saytları ARDNŞ vitse-prezidenti Elşad Nəsirova istinadən məlumat yayıb ki, Azərbaycan qazın ixracı istiqamətini Asiya bazarlarına yönəldə bilər. Məlumata görə, E.Nəsirov artıq Avropaya qaz nəql etməyin mümkün olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR