Bank Of Baku

Almaniyanın RWE şirkəti Xəzər hövzəsi regionunda həyata keçirilən layihələrə maraq göstərir

Almaniyanın RWE şirkəti Xəzər hövzəsi regionunda həyata keçirilən layihələrə maraq göstərir
# 20 noyabr 2009 16:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Almaniyanın RWE şirkətinin nümayəndə heyətini qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı enerji layihələri çərçivəsində son illərdə qazanılmış uğurlardan danışıb, ARDNŞ-nin Azərbaycan daxilində və xaricdə iri tutumlu investisiya proqramları həyata keçirdiyini, ARDNŞ ilə RWE şirkəti arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.

Öz növbəsində RWE AG şirkətinin icra şurasının üzvü və RWE Group şirkətinin biznesin inkişafı və strategiyası üzrə rəhbəri Leo Birnbaum şirkətin fəaliyyət sahələri haqda məlumat verib, bu şirkətin Şərqi Almaniya, Macarıstan, Çexiya və ümumiyyətlə, bütün Şərqi Avropa regionunda ciddi uğurlar qazandığını qeyd edib. O bildirib ki, təmsil etdiyi şirkət Avropada mövqelərini daha da möhkəmləndirmək niyyətindədir və bu baxımdan Xəzər hövzəsi regionunda, Türkiyədə və MDB məkanında həyata keçirilən bir çox layihələrə maraq göstərir. L.Birnbaum RWE-nin inteqrasiya olunmuş bir şirkət kimi neftin və qazın hasil və istismar olunmasında, həmçinin elektrik enerjisi istehsalında və digər sahələrdə müasir texnologiyalara malik olduğunu bildirib, ARDNŞ-nin Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdə tərəfdaş kimi iştirak etməkdən şad olacaqlarını söyləyib.

Görüş zamanı tərəflər müzakirələrin ekspertlər səviyyəsində davam etdirilməsinin faydalı olacağını vurğulayıb. Görüşdə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq «Nabucco» qaz kəməri layihəsi üzrə işlərin hazırkı mərhələsində qarşıda duran məsələlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR