Bank Of Baku

BP və tərəfdaşları Azərbaycanda davamlı inkişaf layihələrinə 2 mln. dollardan artıq vəsait ayırıb

BP və tərəfdaşları Azərbaycanda davamlı inkişaf layihələrinə 2 mln. dollardan artıq vəsait ayırıb
# 21 noyabr 2009 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk üç rübü ərzində “BP-Azerbaijan” şirkəti və onun tərəfdaşları davamlı inkişaf layihələrinə 2,38 mln. ABŞ dolları məbləğində vəsait xərcləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «BP-Azerbaijan» və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir: «Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə «BP-Azerbaijan» və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcək».
Bu qəbildən olan təşəbbüslərin sırasına Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar və Ağdaş rayonları icmalarında iqtisadi imkanları artırmaq və yerli bacarıqların inkişafını gücləndirmək üçün oktyabr ayında yeni qrantın ayrılması daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR