Bank Of Baku

Bu il Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə bağlı fəaliyyətlərə 2 mln. ABŞ dolları xərclənib

Bu il Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə bağlı fəaliyyətlərə 2 mln. ABŞ dolları xərclənib
# 23 noyabr 2009 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tiflis-Ərzurum) ilə bağlı fəaliyyətlərə 2 mln. ABŞ dolları həcmində əsaslı xərclər sərf edilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə vəsaitin həcminin 15 mln. dollar təşkil edəcəyi gözlənilir.

Şirkətdən həmçinin bildirilib ki, 2009-cu ilin ilk doqquz ayı üçün boru kəmərinin orta ötürücülük gücü gündə təxminən 14 mln. kubmetr təbii qaz və ya gündə 91 min bareldən artıq neft ekvivalenti olub.

Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilən Bakı-Tiflis-Ərzurum qaz boru kəməri əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından etibarən isə həm də Türkiyəyə «Şahdəniz» Mərhələ-1 qazını çatdırır.

Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum kəmərinin əsas sərmayədarları BP (texniki operator -25,5%), «StatoilHydro» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd» (10%), «Lukoil» (10%), «NİKO» (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR